Azərbaycan Rusiyaya ikinci dəfə nota göndərdi
  • Yeqor Şerbakovun qətlində günahlandırılan Azərbaycan vətəndaşı Orxan Zeynalovla görüşə şərait yaratmaq tələb olunur

Azərbaycan Rusiyaya ikinci nota göndərib. Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Azərbaycan Rusiya Xarici İşlər Nazirliyinə Orxan Zeynalovla görüşə şərait yaradılması ilə bağlı ikinci dəfə nota göndərib. Həmçinin azərbaycan hökuməti Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə də məktub ünvanlayıb. Nota və məktubda Rusiya Xarici işlər nazirliyinindən Yeqor Şerbakovun qətlində günahlandırılan Azərbaycan vətəndaşı Orxan Zeynalovla görüşə şərait yaratmaq tələb olunur.

Xatırladaq ki, Azərbaycan vətəndaşı Orxan Zeynalov Yeqor Şerbakovun qətlində ittiham olnaraq saxlanılıb və bu zaman ona qarşı əməliyyatçıların qəddar davranışlarının videosu mətbuatda yayılıb. Bununla bağlı Azərbaycan tərəfi artıq oktyabrın 17-də birinci dəfə Rusiyaya nota göndərmişdi.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.