İrandan Azərbaycana növbəti nota
  • İran növbəti dəfə Azərbaycana nota verib. İran iranlı "jurnalistlərin" saxlanması faktının beynəlxalq normalara zidd olduğunu bildirib, onların dərhal azadlığa buraxılmasını tələb edib.

APA-nın “Fars” agentliyinə istinadən yaydığı məlumata görə, İranın Azərbaycandakı səfirliyinin rəsmi Bakıya təqdim etdiyi notada iranlı jurnalistlərin saxlanması faktının beynəlxalq normalara zidd olduğu bildirilir, onların dərhal azadlığa buraxılması tələb edilir.

Xatırladaq ki, İran kütləvi informasiya vasitələri “FARS” informasiya agentliyinin və İran televiziyasının “Səhər” kanalının jurnalistlərinin Bakıda həbs olunması barədə məlumat yayıb. Saxlanan şəxslərdən Anar Bayramlının “Səhər” kanalının müxbiri, Ramil Dadaşovun isə “Səhər” kanalının sürücüsü olduğu bildirilir.

Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə İran televiziyasının Anar Bayramlı adında əməkdaşının Xarici İşlər Nazirliyində akkreditasiya olunmadığını bildirib.

Qeyd edək ki, A. Bayramlı Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, saxlanılarkən onun üzərindən narkotik vasitə götürülüb

(Yeni Musavat)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.