"Neftçi" 3 xal qazandırdı
  • Matç paytaxt təmsilçisinin “Turan” üzərində minimal hesablı qələbəsi ilə başa çatıb.Unibank Premyer Liqasının XI turunda “Neftçi” “Dalğa Arena”da “Tovuzun Turan” klubunu qəbul edib.

Foxnews.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, maraqlı idman mübarizəsində keçən qarşılşama paytaxt təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Oyundan sonra “Turan” klubunun baş məşqçisi Əsgər Abdullayev bildirib ki, “Turan” hələ onun istədiyi səviyyədə oyun nümayiş etdirmir: “Bu da məşqləri tam keçə bilməməyimizlə əlaqədardır. Bütün problemlərimiz həll olunmaq üzrədir. “Neftçi”ni qələbə münasibətilə təbrik edirəm”.Bu matçda qalib gəlmiş “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev isə bildirib ki, klub bir həftə ərzində üçüncü ağır oyuna çıxıb: “Bu ağır oyunlardan sonra “Turan”la gorüşdük. “Turan” bizə layiqli müqavimət göstərdi”.

B. Hacıyevin sözlərinə görə, müdafiə oyunu nümayiş etdirən komandaya qarşı oynamaq çox çətindir: “Çoxlu qol imkanlarımız oldu. Amma imkanlardan yararlana bilmədik. Penaltidən də istifadə edə bilmədik. Futbolda belə məqamlar da olur. Biz ancaq irəliyə baxırıq”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.