Zığ yolunda “Mercedes” dərəyə aşdı: yaralılar var
  • Ötən gecə Suraxanı rayonu Zığ şossesində baş verən qəza 3 nəfərin ağır xəsarət almasına səbəb olub.

Hadisə zamanı Elməddin İbişovun idarə etdiyi “Mercedes” markalı avtomaşın yol kənarındakı dəmir yol ayrıcına çırpılıb. ANS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, “Mercedes” torpaq yola çıxıb və təxminən 30 metr torpaq yolla irəliləyib. Bundan sonra isə dərəyə aşıb.

Maşında olan 5 nəfərdən üçü ağır vəziyyət 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Onlara lazımi tibbi yardım göstərilib. Hadisə yerində isə Suraxanı rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəifndən araşdırma aparılıb. Artıq qəzanın baş vermə səbəbi ilə bağlı ilkin ehtimallar da mövcuddur.

Suraxanı rayon DYPŞ-nin baş inspektoru İlkin Əhmədov ilkin ehtimal olaraq qəzaya səbəb kimi yüksək sürət amilini göstərib.

Bundan başqa hadisə yerində olan polis əməkdaşları maşın sürücüsü və sərnişinlərin sərxoş vəziyyətdə olduğunu deyib. Qəza zamanı dərəyə düşən maşını ordan çıxarmaq üçün əraziyə qaldırıcı kran çağrılıb. Yalnız bundan sonra nəqliyyat vasitəsini yuvarlandığı yerdən qaldırmaq mümkün olub.

Qəza zamanı tamamilə yarasız vəziyyətə düşən avtomaşın cərimə dayanacağına aparıldı. Yol nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar isə davam etdirilir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.