Diktatorun dostu Maradona
  • Diktatorların dostu Maradona Qəddafinin ölümünə üzülüb. Dünya futbolunun ulduzu, Dieqo Maradona Qəddafinin öldürülməsinə kədərləndiyini bildirib.

Maradona öz peşəkar fəaliyyətinə görə bütün dünyada, həmçinin müsəlman ölkələrində yaxşı əlaqələrə malikdir.

"Mənim müxtəlif ölkələrin siyasətçilərilə çox yaxşı münasibətlərim var və onlarla əlaqəni daim dəstəkləyirəm. Bu siyasətçilər Fidel Kastro, Boliviya prezidenti Evo Morales, Venesuela prezidenti Uqo Çaves və başqalarıdır. Qəddafinin ölümündən sonra bu adamlarla əlaqə saxladım və bildim ki, hamısı baş verən hadisədən kədərləniblər. Onların sözlərində, danışıqlarının tonunda qəmginlik sezilərdi. Deyirdilər ki, Qəddafi onlar üçün dəyərli idi", - deyə Maradona bildirib.

 

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.