"Fənərbaxça"da növbəti gərginlik yaşanıb
  • Türkiyənin "Fənərbaxça" klubunda növbəti gərginlik yaşanıb.Bu dəfə komandanın kapitanı Aleks de Souza və Gökhan Gönül diqqət mərkəzinə düşüb.

"Valensiya"nın transfer hədəfində olan Gökhanın son 8 həftə ərzində meydana zəif çıxış etməsi Aleksi özündən çıxarıb. Braziliyalı futbolçu Gökhanın meydanda qəsdən oynamamasına irad tutub:"Biz meydanda can qoyarkən, sən oyun zamanı vaxt keçirirsən. Rəhbərlik Avropaya transfer olunmağına icazə vermədiyi üçün oynamaq istəmirsən. Ancaq bu yaxşı hərəkət deyil. Sən bütün komandaya xəyanət etmiş olursan".Sinirlərinə hakim ola bilməyən Aleks eyni zamanda baş məşqçi Aykut Kocamanla da mübahisə edib: "Komandanı idarə edə bilmirsən. Avropaya transfer olmadığı üçün oynamaq istəməyən Gökhana necə güzəştə gedirsən? Komandada son sözü sən deməlisən, futbolçular yox".

Qeyd edək ki, Aleksin son 10 gündə Aykut Kocaman və Gökhan Gönüllə danışmadığı bildirilir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.