28 may metro-stansiyasına düşənlər hələ də sürüşür (VİDEO)
  • Metronun 28 may stansiyası təmir olundu. Amma burada insanları dağ-xizək komplekslərindəki kimi sürüşüb zədələnmək təhlükəsi gözləyir.

Məsələ burasındadır ki, xizək komplekslərindən fərqli olaraq, metroya insanlar xüsusi qoruyucu vasitələr geyinmirlər.

Metropoliten rəisi isə mövzuya bu dəfə də özünəməxsus münasibəti ilə seçilib: “Ay yoldaş firma, oranı sən düzəldirsən, ancaq məni qoyublar xizəyin üstə sürüşdürürlər. İndi bilmirəm, sən sürüşdün, mən sürüşdüm, amma bütün dünya görür mən sürüşürəm”.

Xeyli vaxtdır təmirə dayanan metronun 28 may stansiyasında təmir işləri davam etsə də, bəzi hissələrində işlər artıq yekunlaşıb. Məsələn, stansiyanın platforması büsbütün yenilənib. Təmir abadlıq əslində göz oxşamağa hesablanıb. Daha gözü kor etməyə yox. Çünki 28 may metrostansiyasının içərisinə düzülən mərmərin üzərində sürüşmədən hərəkət etmək mümkün deyil. Bu səbəbdən ayağı sürüşüb yıxılanlar ən yaxşı halda şikəst qalar, ən pis halda da gözü kor olar.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.