“Zadəganlar” “Topçular”a qarşı!!!
  • Premyer Liqanın X turunda Çelsi Arsenalla qarşı-qarşıya gələcək. İngiltərə premyer liqasının X turunda Çelsi Stamford Bridcdə Arsenalla qarşı-qarşıya gələcək.

Sonuncu turda səfərdə KPR-ə surpriz şəkildə məğlub olan və çempionluq uğrunda lazımi 3 xal itirən Çelsi Arsenal qarşısında qalib gəlmək üçün mübarizə aparacaq. Son turlarda oynadığı oyunlarla əvvəlki vəziyyətini yavaş-yavaş bərpa etmək istədiyini nümayiş etdirən Arsenal çətin səfər qarşılaşmasından ən azı bir xalla qayıtmağı planlaşdırır. Bu günə qədər premyer liqada 38 dəfə qarşı-qarşıya gələn bu komandalar arasında oynanılan matçların 16-nı Arsenal, 11-ni isə Çelsi qazana bilib. Digər 11 matç isə bərabərə nəticələnib.

Komandaların heyətlərinə gəldikdə isə, Çelsidə bir sıra vacib itkilər mövcuddur. KPR ilə qarşılaşmada qırmızı vərəqə alan Bosinqva və Didier Droqba bu oyunda forma geyinə bilməyəcəklər. Arsenalda isə elə də, ciddi bir itki mövcud deyil. Ümumilikdə isəŞ komandaların aşağıdakı qarşılaşmaya bu heyətlərlə çıxmaları gözlənilir:

ÇELSİ: Çex, Terri, David Luiz, İvanoviç, Eşli Kol, Mikel, Lampard, Meyreleş, Mata, Torres, Starridc

ARSENAL: Sşesni, Joru, Mertizaker, Kosçielni, Andre Santos, Arteta, Sonq, Ramsey, Cervinyo, Van Persi, Valkot

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.