Böyük sevgi bitdi
  • 7 ay öncə sadə mərasimlə evlənən "Şaban" kimi tanınan aktyor Kemal Sunalın oğlu Əli Sunal və "Yarpaq tökümü" serialının Leylası Gökçe Bahadır rəsmi şəkildə boşandılar.

İllərlə bir-birini sevən və cəmi 7 ay ərzində ər-arvad olan cütlüyün münasibətlərini məhkəmə cəmi 5 dəqiqəyə bitirib.

Ayrılıq səbəbləri müəmmalı qalan cütlüyün məhkəmə prosesindən sonra aktrisanın anası yerli mətbuata açıqlamasında Əli Sunaldan canlarını qurtardıqları üçün dua etdiklərini deyib. "Çox şükür qurtardıq. Bu evliliklə bağlı yazılanlar ortadadır. Bizim tərəf şükür ki, təmizdir. Gökçənin ayrılarkən hamilə olması barədə məlumatlar yalandır. Onların bir daha görüşməsindən söhbət belə gedə bilməz".

Əli Sunal isə "Twitter" səhifəsi ilə bütün baş verənlərə aydınlıq gətirməyə çalışıb: "Mənə qarşı olan bütün hörmətsizliklərə, ittihamlara qarşı tərbiyəmi pozmadan dimdik duraraq cavab verdim. Dəstəklərinizə görə təşəkkürlər, mənə güc verdiniz".

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.