"Nuri Şahin oynamaq istəyir, ancaq..."
  • "Real" (Madrid) klubunun baş məşqçisi Joze Mourinyo komandasının türkiyəli yarımmüdafiəçisi Nuri Şahinin hazırki durumuna aydınlıq gətirib.

Mourinyo Nurinin La Liqanın növbəti turunda oynamaq istədiyini, ancaq hələ tam hazır olmadığını bildirib:"Nuri "Real" (Sosyedad) klubuna qarşı görüşdə oynamaq istəyir. Ancaq onun fiziki durumu istənilən səviyyədə deyil. Əgər bu görüşdə meydana çıxarsa, zədəsini yeniləyə bilər.Bu da onun yenidən zədələnməsinə gətirib çıxarar. Ona görə də Nuri tam hazır olmadan onu meydana buraxmaq fikrində deyiləm. Komanda olaraq Nuriyə güvənirik. Onun qarşısında uzun bir zaman var və "Real"ın heyətində öz sözünü deyəcəyinə inanırıq".

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.