Obamanın yeni iti uşağı yıxdı (FOTO)
  • ABŞ prezidenti Barak Obamanın ailəsinə bir necə ay öncə qatılan it Ağ evdə kiçik qanqaraçılığa yol açıb. Belə ki, Portuqaliya su iti cinsindən olan Sanni azyaşlı qızın yıxılmasına səbəb olub.

Ötən gün Ağ evdə hərbçi uşaqları üçün şənlik hazırlanıb. Mərasimdə Mişel Obama yeni il hədiyyələrini təqdim edib. Bu zaman Sanni iki yaşlı Eştın Qardner adlı qızla oynamaq istəyib. Mişel Obamanın xaltasından tutduğu it pəncələrini qaldırara qızın çiyninə qoyub. Uşaq itin ağırlığına tab gətirməyərək yerə yıxılıb.

Kiçik qızı birinci xanım yerdən qaldıraraq təsəlli edib. Obama ailəsinin qara tüklü yeni iti Ağ evə gələn uşaqların sevimlisinə çevrilib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.