Ayan hansı xəstəliyə tutulub?
  • Azərbaycanın tanınmış və kaprizli müğənnisi Ayan hər zaman sözü üzə deyən olub. Elə buna görə də müğənnini hələ də "həzm edə" bilmirlər.

Ancaq Ayanı kənardakıların fikri maraqlandırmır. Məhz buna görə onu həm də özündənrazı kimi qələmə verirlər. Ayan məsələyə belə yanaşdı: "Düzdür, çoxları məni özündənrazı və yekəxana hesab edirlər. Ancaq belə deyiləm! Beləyəm, siz deyin? Axı məni ən yaxşı jurnalistlər tanıyırlar. Mən sadəcə özümə hörmət tələb edənəm".

Açıqlaması zamanı bəlli oldu ki, Ayan həmçinin hər bir məşbur müğənni kimi ulduz xəstəliyinə tutulub:"Müğənnilərin hitləri çoxaldıqca, ulduz xəstəliyinə tutulurlar", - deyən Ayan özünün də bu xəstəliyə yoluxduğunu səmimi şəkildə etiraf etdi: "Niyə də tutulmayım, mən bəyəm müğənni deyiləm? Tutulmuşam, bəs nə! Bir də görürsən, ətrafdakıların üstünə gələrək deyirəm, "Ulduz gəlir, çəkilin, çəkilin!"

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.