Barak Obama: "Ailədə tək kişi olduğuma görə çətinlik çəkirəm"
  • ABŞ prezidenti Barak Obama "People" jurnalına verdiyi müsahibəsində etiraf edib ki, ailədə onun tək kişi olması heç də asan deyil.

Barak Obama deyib ki, ailədə onu 3 sərbəst düşüncəli, güclü və hündür boylu qadın əhatə edir.

“Həyat yoldaşım Mişel Obama, 15 yaşlı qızım Maliya və 12 yaşlı qızım Saşa bir yerdə olanda mənim qulaqlarıma lağ edirlər, hətta hündürdən danışmağım, necə geyinməyim də onların müzakirə obyektinə çevrilir”, - deyə Obama bildirib.

Mişel Obama öz müsahibəsində qeyd edib ki, Barak bəzən evdə özünü rəsmi aparır, hətta uşaqların maraqları, dərsləri barəsində soruşmağı da onda rəsmi alınır. Maliya isə qorxur ki, atasının bu hərəkəti onun rəfiqələrinin xoşuna gəlməsin. Barak Obama isə bununla bağlı deyib ki, o, Maliyanı pis vəziyyətdə qoymayıb və qızlarına sosial şəbəkələrdən necə istifadə etməyinə də kömək edib.

Xatırladaq ki, "People" jurnalının Barak Obamanın ailəsinə həsr olunan buraxılışı dekabrın 20-də satışda olacaq.

(ANS)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.