“Azərbaycan yığmasını tərk edəcəm”
  • Foqts “Frankfurt algemayr” qəzetinə müsahinəsində bu fikri səsləndirib. Baş məşqçimiz Foqts ilin sonunda tutduğu vəzifədən ayrılacağını bildirib.

“AFFA ilə müqaviləmə yeni şərtlərimi irəli sürmüşəm. Ancaq bilirəm, buna nail ola bilməyəcəm. Ona görə də ilin sonunda gedirəm”, - bunu futbol üzrə Azərbaycan yığma komandasının baş məqqçisi Berti Foqts Almaniyanın “Frankfurt algemayr” qəzetinə müsahibəsində deyib. 65 yaşlı mütəxəssis Almaniya mətbuatına verdiyi açıqlamada AFFA tərəfindən ona heç bir təzyiq olmadığını, onların həmişə ədalətli və ləyaqətli davrandıqlarını deyib. Qeyd edək ki, Almaniyanin “Faz” qəzeti bu ilin sonunda müqaviləsi başa çatacaq Berti Foqtsun yığmamızdan ayrılacağını iddia edib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.