“Milan”ın hücumçusu insult keçirdi
  • Kassano “Roma” ilə oyundan sonra hava limanında özünü pis hiss etməyə başlayıb.“Milan” futbol klubunun hücumçusu Kassano işemik insult keçirib.

Məlumatı İtaliyanın “Ansa” agentliyi yayıb. Oktyabrın 30-da “Milan”ın heyətində “Roma”ya qarşı 15 dəqiqə oynayan futbolçu oyundan sonra hava limanında özünü pis hiss etməyə başlayıb. Şahidlərin sözlərinə görə, qəfildən Antonio Kassanonun görmə və nitq qabiliyyəti pozulub. Hazırda hücumçu Milan klinikasında müayinədən keçirilir.“Milan”ın rəsmiləri futbolçunun səhhətinin pozulmasının əsl səbəbi barədə danışmaqdan imtina ediblər. Lakin “Ansa” agentliyi iddia edir ki, Kassano işemik insult keçirib. Futbolçu xəstəxananın nevrologiya şöbəsinə köçürülüb. Orada onun ürəyi və sinir sistemi müayinə ediləcək.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.