“Ora gəlib, gözlərinizi oyaram”
  • Sarkozinin xanımı Karla Bruni onu tənqid edən qəzetə zəng edərək, “Üzr istəyin, yoxsa bir italiyalı kimi ora gəlib gözlərinizi çıxaracam”, – deyib.

Bruninin yaxın dostu Kristof Barbi Bruninin “Le Parisien” qəzetinə zəng edərək, onları təhdid etməsindən danışıb. Qəzet Brunini tənqid etmişdi, yazıdan əsəbləşən Bruni qəzetə zəng edərək bu sözləri deyib: “Əgər sabah üzr istəməsəz, qəzetə gələcəm, amma Fransanın Birinci Xanımı kimi deyil, italiyalı Karla Bruni kimi gələcəm və gözlərinizi çıxaracam”.

Barbi prezident Sarkozinin Papayla görüşməsinin belə, Bruninin proqramına uyğun təyin edildiyini deyib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.