Pornoulduzun ailə həyatı 70 gün çəkdi
  • Kardaşyanla basketbolçu Kris nikahlarından 70 gün sonra boşanır. Kardaşyan oktyabrın 31-də Los-Ancels Dairəsi Ali Məhkəməsinə boşanmaq üçün ərizə verib.

O, buna səbəb kimi əri ilə münasibətlə aşılması mümkün olmayan ziddiyyətləri göstərib. Cütlük sevgi və razılaşma əsasında 70 gündən çox yaşaya bilməyib. Kim Kardaşyan mətbuata müsahibəsində deyib ki, əbədi nikaha daxil olduğuna ümid bəsləyib, lakin hər şey planlaşdırdığı kimi getməyib.

26 yaşlı Kris Hamfris isə bu xəbərdən sarsıldığını və ailəsini qorumaq üçün mümkün olan hər şeyi etməyə hazır olduğunu söyləyib.Qeyd edək ki, nikah müqaviləsində cütlüyün birgə yaşadıqları zamanı əldə etdiyi mülkiyyətin boşanacaqları halda bərabər bölünməsi barədə öhdəlik əksini tapıb. Kim Kardaşyan isə məhkəmənin Kris Hamfrisi bu hüquqdan məhrum etməsini istəyir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.