Rihanna xəstəxanaya düşdü
  • O,konserti təxirə saldığı üçün heyranlarından üzr istəyib. Tanınmış amerikalı müğənni Rihanna konsert vermək üçün getdiyi İsveçdə xəstələnib və xəstəxanaya düşüb.

Foxnews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, zökəm (qrip) xəstəliyinə tutulub.Xəstələndiyinə görə, İsveçin Malmo şəhərində planlaşdırılmış konserti təxirə salan Rihanna heyranlarından üzr istəyib. “Sizin üçün səhnəyə çıxmaq çox xoş və həyəcanvericidir. Birlikdə çox gözəl vaxt keçirəcəkdik. Əminliklə deyə bilərəm ki, qrip xəstəliyinə görə xəstəxanada yatmaqdan daha yaxşı olacaqdı”, - deyə Rihanna vurğulayıb.
Bundan başqa, Rihanna sosial şəbəkələrdən birində pərəstişkarları ilə “Üzgünəm, Malmo!” mesajını və xəstəxanada çəkilmiş şəklini paylaşıb.Qeyd edək ki, 23 yaşlı Barbodos əsilli Rihanna Avropada dördüncü konsertini edir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.