Ukraynanın müvəqqəti prezidenti seçildi
  • Ukrayna Ali Radası fevralın 23-də ölkə prezidentinin səlahiyyətlərinin spiker Aleksandr Turçinova həvalə edilməsinə qərar verib.

Bu qərarın lehinə Ali Radanın iclasında iştirak edən 339 deputatdan 285-i səsə verib.

Parlamentin qərarına əsasən, Turçinov 2014-cü il mayın 25-də keçiriləcək prezident seçkilərində yeni dövlət başçısı məlum olanadək bu vəzifəni icra edəcək.

Buna qədər artıq baş nazir postu da A.Turçinova həvalə olunub.

O, yeni hökumət formalaşanadək Nazirlər Kabinetinin işinin koordinasiyasını həyata keçirəcək.

A.Turçinov artıq yeni kabinetin fevralın 25-dən gec olmayaraq formalaşdırılması tələbi ilə çıxış edib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.