Hərbçilərimiz Ukraynaya gedirlər
  • Fevralın 25-dən 28-dək Ukraynanın Odessa şəhərində “Sea Breeze-2014” təliminin yekun planlaşdırma konfransı keçiriləcək. Azərbaycan hərbçiləri bu tədbirdə iştirak edəcəklər.

Bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər. Bundan başqa, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən fevralın 26-dan 28-dək Ankara şəhərində Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlıq iclası keçiriləcək.

Tədbirdə Azərbaycanın Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.