Nazir Ziya Məmmədov: «Bakı-Tbilisi-Qars dəmir yolu gələn ilin ikinci yarısında işə düşəcək»
  • Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istismarına artıq 2015-ci ilin ikinci yarısında başlanacaq.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov deyib: «Bizə verilən məlumata görə, bu ilin sonunda test qatarını Türkiyə sərhədinə kimi buraxa biləcəyik, 2015-ci ilin ikinci yarısından isə dəmir yolunun istismarına başlanacaq».

Nazir bildirib ki, bu gün Bakıda BTQ layihəsi ilə bağlı Azərbaycan və Gürcüstan arasında ikitərəfli formatda görüş keçirilib və bu iclasda layihənin icrası ilə bağlı məsələlər müzakirə olunub: «Bu il üçün artıq yeni büdcənin qəbul olunmasına baxdıq. Bütövlükdə, bütün işlərin icrası ilə bağlı fikir mübadiləsi apardıq. Hazırda layihənin icrası planlı şəkildə davam edir».

Z.Məmmədov əlavə edib ki, hazırda Türkiyə tərəfində işlər sürətlə gedir: «Bizim ən problemli məsələmiz Türkiyə sərhədi ilə Gürcüstan ərazisində təxminən 400 metr uzunluqda olan tunelin tikintisi ilə bağlı olub. Bu iş də sürətlə aparılır. Çox böyük iş həcmi yerinə yetirilib. Türkiyə tərəfi də 2015-ci ilin yayına kimi bu işi tamamlamağı nəzərdə tutur və gələn il bu nəqliyyat dəhlizinin tam şəkildə işə düşməsi gözlənilir».

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.