Sergey Lavrov müxalifəti günahlandırdı
  • Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə telefon danışığında Ukraynadakı hadisələri müzakirə edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə telefon danışığında  Ukraynadakı hadisələri müzakirə edib. S. Lavrov dövlət departamentinin rəhbəri ilə danışığında  Ukraynadakı gərginliyə görə müxalifətin məsuliyyət daşıdığını bəyan edib. Onun sözlərinə görə Ukrayna müxalifəti prezident Viktor Yanukoviçlə növbədənkənar seçkilərə gedəcəyi barədə əldə etdiyi razılığa əməl etməyib. “Müxalifətin anlaşmanı pozması  nəticəsində Ukraynada vəziyyət daha da gərginləşir. Halbuki, razılıq Almaniya, Fransa və Polşanın iştirakı ilə əldə olunmuşdu”-deyə Rusiya xarici siyasət idarəsinin rəhbəri C. Kerriyə xatırladıb. ABŞ dövlət katibi isə cavabında ölkəsinin əldə olunan razılığa sadiq qaldığını söyləyib.

Qeyd edək ki, Ukraynada siyasi qarşıdurmaların davam etdiyi bir vaxtda ölkənin sabiq baş naziri Yuliya Timoşenko azadlığa çıxıb. O, mətbuat nümayəndələrinə açıqlamasında Ukraynada mayın 25-də keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bəyan edib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.