Xalq artisti gizli videonu yayan saytları məhkəməyə verir
  • Ağadadaş Ağayev bir müddət əvvəl mətbuatda yayımlanan videogörüntüsü ilə bağlı məhkəməyə fevralın 28-də müraciət edəcək.

Bunu açıqlamasında xalq artisti Ağadadaş Ağayevin prodüseri Əzizağa Qurbanov deyib.

O bildirib ki, A.Ağayev qızının səhhətində yaranan problemlə əlaqədar Azərbaycanda olmadığından məhkəməyə gec müraciət edir:

“Hazırda qızının səhhəti normallaşıb. Amma müalicə prosesi davam edir”.

Xatırladaq ki, xalq artisti Ağadadaş Ağayevin görüntüləndiyi videoda müğənni sərbəst mühitdə və geyimdə “Sevgili canan” romansını ifa edir.

(aznews.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.