Medvedyev: Ukraynadakı vəziyyət maraqlarımız üçün təhlükəlidir
  • Rusiyanın baş naziri Dmitri Medvedyev bildirib ki, Ukraynada dialoq aparmağa hüquqi partnyor görmür.

Baş nazirin dediyinə görə, əgər əlində kalaşnikovla Kiyevdə gəzən qara maskalı adamlar hökumət hesab edilirsə, bu hökumətlə Moskva çətin işləyə bilər.

Bununla yanaşı, Aİ hal-hazırda Ukrayna prezidentinin vəzifələrini icra edən Ali Radanın spikeri Aleksandr Turçinovu legitim hesab edir.

“Biz cənab Turçinovu üzərinə düşən funksiyanı yerinə yetirməkdə səlahiyyətli edən prosedura anlayışla yanaşırıq”, - deyə bazar ertəsi Brüsseldə keçirilən brifinqdə Avrokomissiyanın sədri Olivye Bayi bildirib.

Aİ Ukrayna parlamentinin prezidenti Viktor Yanukoviçin hakimiyyətdən uzaqlaşdırılmağını “demokratik və qanuni” hesab edir.

Aİ nümayəndəsinin bu iddiasını Medvedyev “təfəkkür aberrasiyası” adlandırıb.

“Bilmirəm onlar hansı konstitusiya və hansı qanunu oxuyublar, amma mənə elə gəlir ki, bu təfəkkür aberrasiyasıdır, çünki yalnız bu zaman çevrilişin nəticəsini legitim saymaq olar. Ciddi desək bu gün orda danışıqlar aparmağa heç kim yoxdur. Bir sıra orqanların legitimliyi, orda böyük şübhə doğurur” – deyə Medvedyev bildirib.

Baş nazir, həmçinin Ukraynadakı vəziyyətin Rusiyanın maraqları və Rusiya vətəndaşları üçün təhlükəli olduğunu da bildirib.

“Bizim Kiyevdəki səfirimiz (Mixail Zurabov- İF) konsultasiyalar üçün geri çağırılıb. Bunun siyasi praktikada nə demək olduğu barədə danışmaq məncə lazım deyil” – deyə Medvedyev bildirib.

Baş nazir xatırladıb ki, qazın kubmetri üçün qiymətin 400 dollardan 268,5 dollara endirildiyi qaz sazişləri konkret müddət üçün nəzərdə tutulub.

“Bu müddət bitdikdən sonra nə baş verəcək – bu Ukrayna şirkətləri və əgər peyda olarsa Ukrayna hökuməti ilə müzakirə olunacaq məsələlərdir” – hökumət başçısı bildirib.

Yanvar ayının sonunda Medvedyev bildirib ki, Ukrayna köhnə borclar üzrə ödəmənin, eləcə də 2014-cü ilin əvvəli üçün endirilmiş qiymətlərlə ödəmənin vaxtının uzadılmasını istəyib.

“Bu, təbii ki, vəziyyəti köklü şəkildə dəyişir və yeni hökumətlə (Ukrayna -İF) münasibətlərinin qurulmasında nəzərə alınmalıdır” – deyə, baş nazir qeyd edib.

“Ukrayna Neftoqaz” 25 yanvara qədər 2013-cü ildə ötürülmüş qaz üçün 2,7 milyard dollar həcmində borcu ödəməli idi.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.