Ebru Gündeşə 40 milyonluq hədiyyə
  • 20 gün əvvəl “Florance Nightingale” xəstəxanasında ilk övladını dünyaya gətirən Ebru Gündeşə həyat yoldaşı sərvət dəyərində hədiyyə edib

Foxnews.az-ın məlumatına görə, Azərbaycanlı iş adamı Rza Zərrab Türkiyənin Kanlıca bölgəsində 2 malikanəyə 40 milyon dollar ödəyib. Zərrab evi həyat yoldaşına hədiyyə edib və onun zövqünə uyğun hazırlatdırıb.Tamamlanma işləri 3 ay sonra bitəcək evin ümumi sahəsi 750 kvadrat metrdir. Ev ilə bağlı digər maraqlı məqam – Ebru Gündeşin bundan sonra Sezen Aksu ilə qonşu olmasıdır.Qeyd edək ki, Rza Zərrab və Ebru Gündeş cütlüyü qızlarına Alara adını veriblər. Ana və körpə artıq evdədirlər. Müğənni Türkiyə mətbuatına açıqlamasında: “Çox xoşbəxtəm. Həyat yoldaşım mənə dünyanın ən gözəl hədiyyəsini bağışladı. Ana olmaq müdhiş bir hissdir. Övladını əmizdirmək hissini isə sözlə ifadə etmək qeyri-mümkündür”, – deyə bildirib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.