Fərid vitse-prezident təyin edildi
  • Bir müddət öncə yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi vəzifəsindən istefa verən Mansurov (AGF)vitse-prezidenti təyin olunub.

AGF-nin mətbuat xidmətindən verilən məlumata görə, federasiyanın baş katibi Əjdər Cəfərovun verdiyi məlumata görə, Federasiya prezidenti Fazil Məmmədovun əmri ilə olimpiya və ikiqat dünya çempionu AGF-nin gənclər üzrə vitse-prezidenti kimi fəaliyyət göstərəcək.
“Fərid Mansurov bir müddət öncə baş məşqçi postundan öz ərizəsi ilə istefa vermişdi. Onun əldə etdiyi nailiyyətlərin Azərbaycanın idman tarixində özünəməxsus yeri var. İstefa verərkən belə, o, güləşin inkişafı üçün əlindən gələni etməyə hazır olduğunu bildirmişdi. AGF rəhbərliyi də Fərid Mansurovun güləşin gənclər arasında daha geniş təbliğinə və bu idman növünün gələcək inkişafına öz bilik və bacarığını sərf etməsi üçün bu addımı atıb” – deyə Əjdər Cəfərov bildirib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.