Zaqatalada polis bıçaqlandı
  • Zaqatala Mərkəzi Rayon Xəstəxanasından Şəki-Zaqatala bürosuna verilən xəbərə görə, axşam saat 19:35 radələrində Anar Zeynalov boğaz və kürək nahiyəsindən kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olub.

O, hal-hazırda cərrahiyyə şöbəsindədir, üzərində əməliyyat aparılır. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Zaqatala rayon  hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Anar Zeynalov Zaqatala RPŞ əməkdaşıdır, kapitan rütbəsində sahə müvəkkilidir.

Hadisənin  təfərrüatları hələlik məlum deyil.

(APA)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.