Bin Ladeni yaşlı arvadı satıbmış
  • Keçən il Pakistanda gizləndiyi evdə ABŞ xüsusi xidmət ordanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində ölən terrorçu Üsamə bin Ladenə həyat yoldaşı xəyanət edibmiş.

Əməliyyatdan sonra bin Ladenin yaşadığı evdən çıxan sənədlər üzərində iş aparan Şukat Qədir əməliyyatdan bir neçə ay əvvəl Ladenin arvadlarından olan Kehire Saberin evdən ayrıldığını, bu səbəblə də evdə söz-söhbət yarandığını bildirib.

Qeyd edək ki, analoji əməliyyatdan sonra Ladenin yəmənli arvadı Əməl əs Sabah yaralı olaraq saxlanılmışdı. Əməl verdiyi ifadədə Saberin birlikdə yaşadıqları evdən köçdüyünü, onlar Bin Ladenlə birlikdə olduqları vaxtda Saberin yaxınlıqda olan başqa evdə yaşadığını deyib.

“Əl Qaidə” liderinin oğlu bu vəziyyətdən narahat olmuş, yaşlı olan Saberin evini dəyişdirməsi ilə atasına məruz qala biləcəyi xəyanətə qarşı xəbərdarlıq etmişdi. Məlumata görə, Xalid bin Üsamə Kehire Sabere ev dəyişdirməsinin səbəbini soruşmuş, yaşlı qadın həll etməli işi olduğunu deyibmiş.

Pakistan kəşfiyyat idarəsinin istefada olan zabiti Şukat Qədir hesab edir ki, Üsamə bin Laden həyatı ilə ödədiyi bu qısqanclıq qalmaqalında bitərəf olmağa üstünlük verib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.