Erotik serialın bədii rəhbəri işdən uzaqlaşdırıldı
  • “Qız yükü” teleserialının baş rejissoru İntiqam Hacılı müsahibə verib.

Onun vurğuladığına görə, İ.Soltanın iş prinsipi onu qane etmədiyindən narazılığını bildirib və bədii rəhbər də ondan sonra istefa verib:

“Bu layihə mənə aiddir və ATV kanalı ilə danışıqları mən apardım. Onu “Qız yükü” teleserialına bəddi rəhbər gətirən də mən olmuşam. İntiqam müəllimin iş sistemindən xoşum gəlmədi. Rejissor kimi narazılığımı bildirdim, o da çıxıb getdi”.

O əlavə edib ki, İntiqam Soltan yanvar ayında iş prosesindən kənarlaşıb:

“İntiqam müəllim kimə təsir edə bildisə, onu özü ilə apardı. Yerdə qalanlar yoluna davam edir”.

Rejissor deyib ki, Arzu Soltanın getmə səbəbini bilmir:

“Düzdür, Arzu xanımın getmə səbəbini bilmirəm. Bunu ondan soruşun. Amma mənim onun yazdığı ssenaridən xoşum gəlmədi. Ondan serialın süjet xəttinin dəyişdirilməsini istədim. Yəni dedim ki, ya bu cür getməməlisən, ya da ssenarini yazmağı saxlamalısan. O da bununla razı olmadı”.

Qeyd edək ki, İntiqam Soltan açıqlamasında “Qız yükü” serialının peşəkarlığının onu qane etmədiyindən filmin çəkilişlərindən kənarlaşdığını deyib. Bundan başqa o bildirib ki, serialı rəhbərlik etdiyi teatrın aktyorları və ssenaristi də tərk edib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.