"Tatlısəsi öldürmək sifarişini PKK verib"
  • Bu ilin martında Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsə qarşı silahlı hücumla bağlı iddianamə tamamlanaraq Ağır Cəza Məhkəməsinə göndərilib.

Foxnews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, iddianamədə müğənni ilə illərlə düşmənçilik etmiş Abdullah Uçmak da daxil olmaqla, 7 şübhəli şəxs Türkiyə dövlətinin birlik və bütünlüyünü pozmağa cəhd göstərməkdə, PKK terror təşkilatının təlimatı ilə müğənniyə qarşı hücum təşkil etməkdə günahlandırılır.PKK-nın İ. Tatlısəsi hansı səbəbdən aradan götürmək istədiyi hələlik bəlli deyil. Bəzi gümanlara görə, sənətçi PKK-ya xərac ödəməkdən imtina etdiyi üçün onun qətlinə fərman verilib.Ümumilikdə iddianamədə 12 nəfər şübhəli şəxsin adı olsa da, məhz dövlətin birlik və bütünlüyünü pozmağa cəhd göstərməkdə günahlandırılan 7 şübhəli üçün ağırlaşdırılmış həbs cəzası istənilir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.