Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını güllələyib
  • Azərbaycan Ordusunda silahlı insident olub. Hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri Cavid Mirzəyevin əlindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində açılan atəş onun əsgər yoldaşı Nəsimi Rüstəmova dəyib. Güllə yarası alan N.Rüstəmov hospitala yerləşdirilib. Yaralı əsgərin vəziyyəti orta-ağır qiymətləndirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.