Qarabağ müharibəsinin əfsanəvi döyüşçüsü vəfat etdi
  • Azərbaycan torpaqlarının azadlığı uğrunda aparılan müharibənin məşhur döyüşçülərindən olan Bayram Bayramov dünyasını dəyişib.

O, 1968-ci ildə Sumqayıt şəhərində anadan olub. Keçmiş döyüşçü 123-cü alayın kəşfiyyat bölüyünün komandiri olub. Ali təhsilini Minskdə alan Bayram ermənilərin torpaqlarımıza işğalçılıq niyyətinin qarşısını almaq üçün döyüşlərə qatılıb.

Qarabağ döyüşləri zamanı bir sıra şücaətlər göstərmiş Bayramın komandirlik etdiyi bölüklə Laçında göstərdiyi qəhrəmanlıq nümunəsi bu gün də ermənilərin və həmin döyüşlərdə mənfur düşmənlərimizə yardım edən rus hərbçilərinin yadından çıxmayıb.

Həmin döyüşdə Bayramın kəşfiyyatçıları Ermənistanın “Artsiv” taborunun 1 bölüyünü darmadağın edərək 35 nəfəri məhv edib, 20 nəfəri isə əsir götürüb.

Qeyd edək ki, həmin döyüş zamanı Bayramın 24 yaşı var idi. Ömrünün son illərini Moskvada yaşayan Bayram Bayramovun yaxınlarının bildirdiyinə görə, keçmiş döyüşçü infarktdan vəfat edib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.