Braziliyalı Bin Laden (FOTO VİDEO)
  • Fikrimcə ən qeyri-adi tematikası olan bar San-Paulu Braziliyada açılıb. Bu bar çox güman ki, turistlər arasında populyar olacaq.

İş ondadır ki, bar onun sahibinin xarici görünüşünə uyğun tərtib edilib. Adı Seara Fransisko Xelder Braqa Fernandes olan ekssentrik bar sahibi Usama Bin Ladenin görkəmcə əkizidir.

Belə bir barı açmaq ideyası 11 sentyabr hadisələrindən sonra Bin Ladenin dünyada ən çox axtarılan adam olduğu halda ağlına gəlib. Narahat olan müştərilərdən biri hətta Bin Ladenin Braziliyada gizləndiyini və barda işlədiyini xəbər verib.

Barın sahibinin bəxtindən polis belə oxşarlığı məzəli hesab edib və o, yerli məşhura çevrilərək televiziya verilişlərinin qonağı belə olub.

O zaman bar sahibi öz barını görünüşünə uyğun tərtib etməyi qərara alır.

İndi bar rok və metal stilində musiqiyə qulaq asmağa gələn cavanlar arasında çox populyardır.

Turistlər də bardan yan keçə bilmirlər, onları qeyri-adi tərtibat və maraqlı şəkillər çəkdirmək imkanı cəlb edir. Barın sahibi isə özünü “Bin Laden əmi” adlandırır və üzərinə doğan şöhrət günəşinin işığından həzz alır.

Qeyd edək ki, Braziliyada oxşar tərtibatlı bir neçə bar yenə var, o barlarda da məşhur terroristin oxşarları işləyir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.