İlham Mirzəyev Space-dən qovuldu
  • Aprelin 12-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq müddətinə həbs edilən Space TV-nin tanınmış aparıcısı, baxıcı İlham Mirzəyev telekanal rəhbərliyinin qərarı ilə işdən kənarlaşdırılıb.

Teleaparıcının həbsi ilə əlaqədar onun aparıcısı olduğu “Etibar edin” verilişi bağlandıqdan bir müddət sonra rəhbərlik İlham Mirzəyevi işdən azad etmək qərarına gəlib. Buna səbəb teleaparıcının həbsi ətrafında yaranan məsələ olub.

Məlumata görə, mətbuatın ölkədə cərəyan edən siyasi proseslərdə İlham Mirzəyev izi axtarması telekanal rəhbərliyini təşvişə salıb və əlavə problemdən qurtulmaq üçün bu qərara gəlinib.

Space telekanalının icraçı direktoru Kamil Şahverdiyev məsələ ilə əlaqədar açıqlamasında məzuniyyətdə olduğunu əsas gətirərək yayılan məlumata şərh verməkdən imtina etdi:

“İndi bu haqda əlavə şərh verə bilməyəcəm. Birinci gün işə çıxdıqdan sonra sizin sualınıza cavab verə bilərəm”.

Xatırladaq ki, İlham Mirzəyevin saxlanılmasına səbəb vətəndaşların baxıcı tərəfindən aldadılması ilə bağlı çoxsaylı müraciətlərinin olmasıdır. Teleaparıcıya Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılıb və o, iki aylıq müddətinə həbs edilib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.