Vahid Mustafayev: “Azad Rəhimov dostumdur, amma...”
  • “Mənim gənclər və idman naziri olan Azad müəllimlə də səmimi dostluq münasibətlərim var. Onu prinsipial bir adam kimi tanıyıram”.

Bunu ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev virtualaz.org saytına müsahibəsində deyib. V. Mustafayev  inandığını bildirib ki, A. Rəhimovu nazir ola-ola biznes fəaliyyəti ilə məşğul olmaqda ittiham edənləri nazir məhkəməyə verəcək və ləyaqətli məmur imicini qoruyacaq: “Xatırlayırsınızsa, biz sadəcə digər dövlət strukturu olan Hesablama Palatasının hesabatına arxalanaraq nazirlikdə olan çatışmazlıqlardan söhbət açmışdıq. Burada doğrudan da bəzi neqativ hallar var və onlar bizim jurnalistlər tərəfindən araşdırılır. ANS-də olduğu kimi - çox obyektiv, vicdanlı və qərəzsiz. Yeri gəlmişkən, bütün həmkarlarımıza bu prinsiplərə əməl etməyi arzulayıram”.

Azad Rəhimovla saat biznesi üçün münaqişə yaşadığı haqda suala V. Mustafayev belə cavab verib: “Heç nə deyə bilmərəm. Mən saat biznesi səviyyəsindən çoxdan çıxmışam. Zaman keçir. Bununla artıq son 10 ildir mənim gənc və fərasətli əmim oğlu məşğul olur. Bildiyimə görə, evlənməyə hazırlaşır, deməli, işləri yaxşı gedir. O ki qaldı “brend ələ keçirmək” məsələsinə, yuxarıda dediyim kimi, Azad Rəhimov mənim dostumdur, rəqibim deyil - nə istəsə, qurbandır! Mənə gəlincə isə yeni filmin ssenarisini qurtarıram, bu il çəkib tamaşaçılara təqdim etmək istəyirəm. Qabaqda isə 20 yanvarın 25 illiyi, 1918-ci ildə Azərbaycan igidlərinin erməni işğalçılardan Bakı və bütün ölkəni xilas etməsi və digər vacib layihələr var. İş çoxdur, vaxt yoxdur”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.