Tolik Brilliant haqqında: 15 ildir Türkiyəyə gedir, tanınmır
  • Prodüser Tolik ATV telekanalında yayımlanan “Gündəlik” verilişinin qonağı olub. Prodüser Türkiyədə fəaliyyət göstərən müğənnilərimiz haqqında qalmaqallı açıqlamalar verib:

“Bir dəfə Röya ilə Türkiyədə mağazaya girdik. Soruşdular ki, bu xanım kimdir, dedim Azərbaycanın tanınmış ifaçısıdır. Dedilər, biz sizin müğənnilərdən Pırlantanı tanıyırıq. Gedib hansısa mağazada özünü tanıtmaq o demək deyil ki, sən kütlə içində məşhursan. 15 ildir Türkiyədədir, amma o qədər də tanınmır.

Hazırda Türkiyədə tanınan iki müğənnimiz var: Aygün Kazımova və Röya. “Eurovision” ərəfəsində Nigar Camal yanlışlıqla səhnəyə türk bayrağı ilə çıxdı. Bütün Türkiyə saytlarının manşetində verdilər. Məncə, indi onu heç hava limanında da tanımazlar. Mütəmadi olaraq gündəmdə qalmaq başqa işdir. Aygün Kazımova öz reklamına 50-100 min yox, 300-400 min avro xərcləyib.

Öz hesabına Hollivuda gedib, klip çəkdirib. Bu gün biri Azərbaycanda məşhurlaşır, harınlayıb gedir Türkiyəyə ki, oranın şou-biznesində tanınacam. Onun müğənnisi var da, neyləyir səni? Brilliant Dadaşova “Müleyli” şousuna zəng edib dedi ki, Amerikada mükafat qazanmışam, amma getmirəm, götürməyəcəm, istəmirəm. Gah da dedi ki, qasırğa oldu, gedə bilmədim. Əgər belə təvazökarsansa, niyə bunu çıxıb efirdə deyirsən? Elə gizli saxla da”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.