Sumqayıtda 16 yaşlı qız zorla ərə getməmək üçün qaçdı
  • Sumqayıtda zorla ərə verilən 16 yaşlı qız evdən qaçıb “Təmiz Dünya” təşkilatına müraciət edib.

Bunu təşkilatın rəhbəri Mehriban Zeynalova Facebook səhifəsində yazıb. Mehriban Zeynalovanın sözlərinə görə, 16 yaşlı qızı məcburi nişanlayıblar. Qızı sevmədiyi bir oğlana nişanlayıblar. Nişanlanandan sonra qara günləri başlayıb. Nişanlısı qızın evinə gedərək, valideynlərinin gözləri qarşısında onu döyüb-incidirmiş. Oğlanın bu hərəkətlərindən bezən qız evlənmək istəmədiyini desə də, qızın valideynləri onu ailə qurmağa məcbur edib.

Qızlarını ərə verməkdə israrlı olan valideynlərin bu əməllərinə səbəb isə oğlan tərəfi olub. Çünki oğlanın ailəsi qızın valideynlərini təhdid edib. “Əgər qızı ərə verməyə razı olmasanız, 8 min manat verməlisiniz”, - deyə oğlan tərəfi qızın ailəsini təhdid edib.

Olanlardan bezən K.K. axırda evdən qaçıb. Bir müddət küçədə gəzən qız sonradan “Təmiz Dünya” təşkilatına müraciət edib.

“İlk öncə qızın valideynlərilə danışıq apardıq. Onlara işin əsil mahiyyətini anlatdıq. Sonra qızın valideynləri Sumqayıt polisinə şikayət etdilər”, - deyə M.Zeynalova vurğulayıb.

Şikayətdən sonra polis oğlanın ailəsilə danışıqlar aparıb. K.K.-nın nişanı qaytarılıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.