İlham Əliyev “ASAN xidmət”ə 8 milyon manat ayırıb
  • Prezident İlham Əliyev Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən göstərilən səyyar xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Görülən işlərin davam etdirilməsi və səyyar xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan “ASAN xidmət”ə regionlarda yaşayan əhaliyə səyyar xidmətlərin keyfiyyətli və davamlı şəkildə göstərilməsinin təşkili üçün 8 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

(AzərTAc)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.