“Həmas” Misirin sülh təklifini rədd etdi
  • “Həmas” təşkilatı Misirin təqdim etdiyi atəşkəs təklifini qəbul etməyib.

Təşkilatın sözçüsü Sami Əbu Zuhri “Həmas“ın bu barədə Misirə rəsmi olaraq cavab verdiyini bildirib. Bununla belə “Həmas”ın niyə bu təklifi rədd etdiyini açıqlamayıb.

Qeyd edək ki, İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatlar nəticəsində 200-dən çox mülki şəxs ölüb və mindən çox adam isə yaralanıb. Misirin irəli sürdüyü atəşkəs təklifinə İsrail razılıq verdiyini bəyan etsə də “Həmas”ı bəhanə edərək yenidən hərbi əməliyyatlara başlayıb.

Bu arada İsrail hərbi təyyarələri Qəzzada Fələstin hökümətinin Daxili İşlər Nazirliyinin binasını bombalayıb.

Həmçinin “Həmas” rəhbərliyinə daxil olan şəxslərin də evlərinin olduğu 35 binaya zərbələr endirilib.

“Həmas”ın isə İsrailə atdığı 4 raket havadaca zərəzsizləşdirilib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.