Mikayıl Cabbarov müəllimlərə kredit götürdən direktoru nazirliyə çağırdı
  • Bakının Xətai rayonunda yerləşən 171 saylı orta məktəbin direktoru İradə Məmmədəli qızı Murğuzova müəllimlərə məcburi şəkildə kredit borclarını ödətdirməsi ilə bağlı şikayətlərə görə Bakı şəhəri üzrə Təhsil İdarəsinə çağırılıb.

Bu barədə AzVision.az-a sözügedən məktəbdən bildiriblər. Direktorun məzuniyyətdə olduğunu deyən müəllimlərin sözlərinə görə, kredit məsələsi mətbuatda işıqlandırılandan sonra İ.Murğuzova qorxuya düşüb. O müavinləri vasitəsi ilə müəllimlərə xəbər göndərərək bu barədə onun əleyinə danışmamağı tapşırıb.

Adıçəkilən məktəbdə çalışan müəllimlər həmçinin qeyd ediblər ki, məsələ ilə bağlı İ.Murğuzova Bakı şəhəri üzrə Təhsil İdarəsinə çağırılıb. Hazırda idarədə sorğu-sual edilir.

Qeyd edək ki, həmin məktəbin direktoru İradə Məmmədəli qızı Murğuzova banklardan müəllimlərin və digər işçilərin adına külli miqdarda kredit alaraq mənimsəməkdə, bunun ziyanını isə müəllimlərə ödətdirməkdə günahlandırılır. Müəllimlərin şikayətlərinə görə, İ.Murğuzova onların adına banklardan kredit götürsə də sonradan borcunu ödəməkdən imtina edərək onların ödəməli olduğunu diqqətə çatdırıb. Çıxılmaz vəziyyətdə qalan müəllimlər işdən çıxmaq qorxusu ilə direktorun aylıq kreditlərini ödəyirləşmiş.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.