Erməni general: Ayrapetyanı İlham Əliyevə görə tutublar
  • Məşhur erməni milyarderi Levon Ayrepetyan Azərbaycana görə həbs olunub. “Bu həbs Azərbaycan rəhbərliyi üçün kiçik bir hədiyyədir”.

Bu açıqlama ilə erməni generalı Arkadi Ter-Tadevosyan çıxış edib. O, Levon Ayrepetyanın həbsini yalnız Azərbaycanın istəyə biləcəyini söyləyib. Tadevosyanın fikrincə, Dağlıq Qarabağın inkişafına çalışan bir şəxsin həbsi başqa heç kəsə lazım deyil:

“Bu həbs Moskva tərəfindən Azərbaycan rəhbərliyi üçün kiçik bir hədiyyədir”.

Qeyd edək ki, Levon Ayrepetyan dünən Moskvada “Domodedova” aeroportunda Federal Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib. Ayrepetyan dünyada erməni lobbisinin ən məşhur siması hesab olunur.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.