Dünyanın ən varlı ermənisi həbs edildi
  • Moskvada erməni lobbisinin ən məşhur nümayəndələrindən biri olan Levon Ayrapetyan Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Ayrapetyanın saxlanılması “Kinqiseppskaya” cinayətkar qruplaşması ilə bağlı aparılan istintaq çərçivəsində baş tutub.

Erməni milyarder Monakodan Moskvaya gələrkən “Domodedovo” aeroportunda saxlanılıb. Federal Təhlükəsizlik Xidmətindən bildirilib ki, yaxın günlərdə Basman rayon məhkəməsinə onun həbsi barədə vəsatət təqdim olunacaq.

Ayrapetyan xüsusi xidmət orqanları tərəfindən Rusiya Təhqiqat Komitəsinə təhvil verilib, hazırda dindirilir. O, məşhur avtoritet Sergey Finaginin cinayətkar qruplaşması ilə əməkdaşlıqda ittiham olunur. Levon Ayrapetyanın adını isə müstəntiqlərə hazırda ömürlük həbs cəzası çəkən sabiq senator İqor İsmestyev bildirib.

Ayrapetyan dünyadakı erməni diasporunun 10 ən varlı fəalından biri hesab olunur.

“Rosbalt”

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.