Putinlə Obama telefonla danışıblar
  • Rusiya prezidenti Vladimir Putin ilə ilə ABŞ dövlət başçısı Barak Obama arasında telefon danışığı olub.

Telefonla aparılan müzakirələrdə Ukraynadakı gərgin vəziyyət müzakirə edilib. V. Putin ABŞ-ın Rusiyaya tətbiq etdiyi növbəti sanksiyalardan da danışıb. O bildirib ki, ABŞ-ın bu cür addımlarına məyusdur.

Ukrayna, Yaxın Şərq məsələsi ilə yanaşı, Ukraynanın Donetsk vilayətində Malayziya Hava Yollarına məxsus təyyarənin qəzaya uğrması da əsas müzakirə predmetləri sırasında olub. Kreml rəhbəri qəza ilə bağlı ABŞ liderinə məlumat verib.

Qeyd eək ki, Ukraynanın Donetsk vilayətində Rusiya ilə sərhəddə Malayziya Hava Yollarına məxsus “Boeing 777” təyyarəsi qəzaya uğrayıb. Qəzada təyyarədə olan 295 nəfəri hamısının öldüyü bildirilir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.