İdmançılarımız Ermənistanda uduzdular
  • Çox təəssüflər olsun ki, bizim qızlarımız Ermənistanda keçirilən Avropa Oxçuluq yarışmasında dünən mübarizəni dayandırıblar. Onlar bu gün keçiriləcək final mərhələsinə yüksələ bilməyiblər.

Bunu Modern.az-a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib. Onun sözlərinə görə, idmançılarımız 75 iştirakçı içində yarışmanı 33-cü yerdə başa vurublar.

S.Məmmədova Ermənistanda olan komanda üzvlərimizin bu gün geri qayıdacağını bildirib.

Qeyd edək ki, iyulun 21-dən Ermənistanın Armavir vilayətinin Arşalyus bölgəsində Avropa Oxçuluq yarışması keçirilir. Bu gün həmin yarışmanın final mərhələsi baş tutacaq.

Azərbaycandan Ermənistana getmiş heyətin tərkibi 6 idmançı, 1 məşqçi və 1 nümayəndədən ibarətdir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.