“Qarabağ”dan möhtəşəm oyun, möhtəşəm qələbə
  • Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində ilk oyununda Ağdamın “Qarabağ” klubu Avstriyanın “Zalsburq”u ilə qarşılaşıb.

Oyuna çox sürətli başlayan “Qarabağ” futbolçuları artıq ikinci dəqiqədə Danilo Leandro Diasın vurduğu qolla hesabı açdılar.

35-ci dəqiqədə qonaq komandanın oyunçusu Christian Schwegler, 42-də isə “Qarabağın kapitanı Admir Teli qırmızı vərəqə ilə cəzalandırıldı.

İkinci hissə avstriyalılar üstünlüyü şəraitində keçdi. Bir-birinin ardınca təhlükəli hücumlar quran qonaqlar, 77-ci dəqiqədə bərabərlik qolunu vurdular. Conatan Soriano fərqləndi.

Ruhdan düşməyən komandamız  əsas vaxtın bitməsinə 4 dəqiqə qalmış qələbə qolunu vurmağa müvəffəq oldu.

Gözəl oyunu ilə yadda Reynaldo Silva İlqar Qurbanovun ötürməsindən sonra, qapıçını da keçərək topu tora göndərdi.

2 dəqiqə sonra isə hakim oyunun qəhramanına, Reynaldo Silvaya kobud oyuna görə birbaşa qırmızı vərəqə göstərdi. Hesab isə oyunun sonuna qədər dəyişmədi.

“Qarabağ” - “Zalsburq” - 2:1.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.