Ali Kaptan seks qalmaqalına qarışıb
  • “Öyle bir geçer zaman ki” filminin Ali Kaptanı seks qalmaqalı ilə ölkə gündəmindən düşmür.Filmdə Ali Kaptan rolunu ifa edən Erkan Petekkaya iki gün idi ki, xəstəxanaya yerləşdirilmişdi.

 

Lakin bu səhər polisə gedərək ifadə vermək istədiyini deyən Petekkaya müalicəsini yarımçıq saxlayıb. Aktyor “seks kaseti ilə şantaj olunduğu üçün anonim qüvvələrdən kömək istədiyi” iddiası ilə ittiham olunur. İfadəsində 8-9 ay əvvəl adından istifadə edilərək polisə guya seks kaseti ilə şantaj olunduğu yazılmış e-mail göndərildiyini deyən Petekkaya belə bir şeyin olmadığını deyib: “Onsuz da mənə zənglər gəlir ki, orada çəkilmiş şəkliniz var, burada sizi çəkmişik. Pul “qopartmaq” istəyirlər. Hətta mənim adıma sayt da alıb, mənə satmaq istəyirlər.”

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.