Rusiya KİV: Putin Əliyev və Sarkisyanı əmin etməyə çalışacaq
  • “Putinin məqsədi – vəziyyətin yenidən müharibə şəraitinə keçməməsidir”.

Bu gün Rusiya prezidenti Vladimir Putin Soçidəki iqamətgahında, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanıla iki tərəfli görüş keçirəcək, bu barədə Kremlin mətbuat xidmətinə istinadən  “Komsomolskaya pravda” bildirib.

Nəşrin xəbər verdiyi kimi, Rusiya uzun müddətdir, münasibətləri 20 ildən artıqdır ki, gərgin olan iki tərəf arsında vasitəçi kimi çıxış edir. Ermənistan və Azərbaycan arasında dialoq demək olar ki, yoxdur, Qarabağ münaqişəsi isə istənilən an qaynar fazaya keçə bilər. Hal-hazırda sərhəddə atəşkəs rejimi müntəzəm olaraq pozulur və hər iki tərəfdən hərbçilər həlak olur.

Nəşr əmindir ki, Putin tərəfləri ən azından vəziyyətin yenidən müharibə şəraitinə keçməməsinə razı salacaq. Həm də Əliyev və Sarkisyanın Soçiyə eyni gündə gəlmələri yaxşı əlamətdir. Baxmayaraq ki, görüşün üçtərəfli formatı nəzərdə tutulmayıb, amma hər şey dəyişə bilər.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.