Millimiz FİFA reytinqində
  • FİFA dünya yığmalarının reytinq cədvəlini açıqlayıb. Avqust ayı üzrə reytinq siyahısında ilk pillədə Almaniya millisi yer alıb.

20 ildən sonra ilk dəfə birinci pilləyə yüksələn Almaniyanın bu göstəricisi dünya çempionu olması ilə bağlıdır.

Dünya Kubokunun digər finalçısı Argentina 1604 xalla 2-ci, Hollandiya isə 1507 xalla siyahıda 3-cü pillədə qərarlaşıb. İlk 10-luqda yeri dəyişən tək komanda İspaniya olub. 2014-cü ildə Dünya Kubokuna qruplarda vida edən yığma, 2011-ci ilin sentyabr ayından bu yana oturduğu liderlik kürsüsündə 8-ci sıraya geriləyib. İspaniyanın balı 1241-dir. Braziliya isə 1241 xalla 7-ci pillədə özünə yer tapıb.

Azərbaycan millisi yığmaların reytinq cədvəlindəki əvvəlki yerini qoruyub saxlayıb. Millimiz 413 xalla reytinq cədvəlində 73-cü sırada qərarlaşıb. Yığmamız Avstraliya, Makedoniya kimi ölkələri geridə qoyub.

Qeyd edək ki, milli komandaların növbəti reytinq cədvəli 18 sentyabr tarixində açıqlanacaq.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.