“Neftçi” 4 qol vurdu və məğlub oldu
  • Avropa Liqasının play-off mərhələsinin ilk oyununda Bakının “Neftçi” klubu Belqradda “Partizan”ın qonağı olub.

Komandamız 4 qol vurmasına baxmayaraq 2-3 hesabı ilə uduzub. İlk hissəyə yaxşı başlayan “Neftçi”, 11-ci və 17-ci dəqiqələrdə Denis Silva Cruzun vurduğu qollar ilə, hesabda 2:0 irəli çıxdı.

Bundan sonra müdafiəyə üstünlük verərək, oyunun tempini aşağı salıb, hesabı qoruyub saxlamalı olduğu halda, Neftçi açıq futbol nümayiş etdirməkdə davam edirdi.

“Partizan”ın hücumları zamanı isə, arxayınlaşmış yarımmüdafiəçilərimiz, istər Vobay, istərsə də Flavinyo arxaya qayıdıb müdafiəçilərə kömək etmirdilər.

Çarəsiz qalan müdafiəçilərimiz isə topu öz qapımıza vururdular.

İlk belə qol Denis Silvadan gəldi. Oyunda 3-cü dəfə fərqlənən braziliyalı legionerimiz bu dəfə vurduğu qola sevinə bilmədi.

Bu avtoqoldan sonra tarazlığını itirən “Flaqman”, qapısından daha iki top buraxaraq məğlub oldu.

32-ci dəqiqədə Petar Grbic öz həmyerlisi Saşa Stamenkoviçi məyus etdi.

69-cu dəqiqədə isə Elvin Yunuszadə vurduğu avtoqolla “Neftçi”ni məğlub duruma saldı.

Beləliklə səfərdə 4 qol vurmasına baxmayaraq, komandamız məğlub oldu. “Partizan” isə əksinə 1 qol vuraraq çətin oyunda 3:2 hesabı ilə qələbə qazandı.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.