“Qarabağ” Avropa Liqasının qrup mərhələsində (VİDEO)
  • Tarixində ilk dəfə avrokubokların qrup mərhələsində oynamaq iddiasında olan “Qarabağ” arzusunu bu gün gerçəkləşdirdi.

Azərbaycan çempionu Avropa Liqasının pley-off mərhələsini adladı. İlk oyunda qolsuz bərabərliyə ayrılan Qurban Qurbanovun yetirmələri cavab oyununda Hollandiyanın “Tvente” klubu ilə 1:1 hesablı bərabərlik əldə edib.

Bu nəticə ağdamlılara tarixində ilk dəfə olaraq bu mötəbər yarışın qrup mərhələsində oynamaq şansı verib.

Qeyd edək ki “Qarabağ”ın bərabərlik qolunu oyunun 51-ci dəqiqəsində Muarem Muarem vurub.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.